​Emin Hüseynov erməni səfirlə Azərbaycana QARŞI — ŞOK FAKTLAR

 
Polşanın paytaxtı Varşavada ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisi tərəfindən illik Zirvə Toplantısı keçirilib.
 
Ölkə.Az-ın məlumatına görə, tədbirə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri, o cümlədən səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar qatılıblar.
 
Həmin tədbirdə Ermənistanın Polşadakı səfiri Edqar Vardanyan və hazırda İsveçrədə yaşayan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktoru Emin Hüseynov da iştirak edib.
 
Zirvə Toplantısı çərçivəsində təşkil olunan “Demokratik institutlar və onların fəaliyyəti” mövzusunda ilkin müzakirələrdə Emin Hüseynov Azərbaycan dövlətini kəskin tənqid edib və Ermənistanın işğalçı siyasətinə açıq dəstəyini bəyan edib.
 
 
 
E.Hüseynov bildirib ki, guya Qarabağ münaqişəsi zamanı erməni jurnalistlər də öldürülüb:
 
“Qarabağ müharibəsi zamanı erməni jurnalistlər öldürülüb. Bütün bunlara göz yummaq olmaz”.
 
Daha sonra E.Hüseynov çıxışında qeyd edib ki, guya Azərbaycan xalqı istənilən halda Ermənistan tərəfi ilə barışığa hazırdır:
 
“Ancaq Azərbaycan hakimiyyəti bu barışığa imkan vermir”.
 
Emin Hüseynovun bu çıxışı müzakirələrdə iştirak edən erməni səfir Edqar Vardanyan tərəfindən alqışlarla qarşılanıb. Səfir E.Vardanyan da çıxışında Emin Hüseynova dəstəyini nümayiş etdirərək vurğulayıb ki, guya Azərbaycan ordusu Qarabağ müharibəsi zamanı erməni jurnalistlərə də atəş açıb.
 
Həmin tədbirdə iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov və hüquq müdafiəçisi Azər Həsrət isə erməni səfirin və Emin Hüseynovun uydurma çıxışlarına cavab veriblər.
 
Ə.Şahidov Azərbaycana qarşı bu cür yalan və təxribat xarakterli bəyanatları pisləyib və ABŞ-ın ATƏT-dəki nümayəndəsinə də öz iradını bildirib.
 
A.Həsrət isə Emin Hüseynova müraciət edərək deyib ki, onun Azərbaycan dövləti və xalqı əleyhinə çıxışları ilə erməni tərəfinin çıxışlarında heç bir fərq hiss olunmur:
 
“Erməni tərəfi iddia edir ki, guya Qarabağ döyüşlərində erməni jurnalistləri öldürülüb və sairə. Bütün bunlar yalan və cəfəngiyatdır. Əksinə, Qarabağ döyüşlərində azərbaycanlı jurnalistlər erməni terrorçuları tərəfindən öldürülüb. Buna misal olaraq azərbaycanlı jurnalistlər Alı Mustafayevi, Salatın Əsgərovanı və digərlərinin adını çəkmək olar”.
 
Qeyd edək ki, ATƏT-in sözügedən tədbirində Emin Hüseynov Ermənistan nümayəndə heyəti ilə yanaşı əyləşib, fasilələrdə də onlarla söhbətlər edib.