Emin göz yaşlarını saxlaya bilmədi – Video

 
Emin Ağalarov Müslüm Maqomayevin “Mavi əbədilik” mahnısını dahi musiqiçinin 75 illiyinə həsr olunmuş konsertində ifa edərkən göz yaşlarını saxlaya bilməyib. Mahnını Emin Ağalarovla birlikdə Tamara Qverdçiteli, Sergey Volçkov, Aleksandr Panayotov da ifa ediblər.
 
Başa düşüləndir, Emin həmişə Müslüm Maqomayevə böyük sevgi ilə yanaşıb. Çünki Ağalarovlar Maqomayevlərlə artıq 3 nəsildir ki, dostluq edirlər.
 
Kult.az E.Ağalarovun “Moskva-Bakı” portalına müsahibəsini təqdim edir:
 
- Müslüm Maqomayev üçün darıxırsınız?
 
- Onun üçün çox darıxıram. O, həmişə mənimlədir: konsertlərimdə, yolda, repertuar və stil seçimimdə. Onun nümunəsi məni musiqi xətti ilə aparır. Hərdən həyat yoldaşı Tamara Sinyavskaya ilə mənə elə gəlir ki, o, indi də hansısa formada iştirak edir, məni musiqi xətti ilə aparır.
 
- 35 illiyinizdə Tamara Sinyavskaya Müslüm Maqomayevə Rza Şah Pəhləvinin verdiyi üzüyü sizə hədiyyə etdi. Siz isə daha sonra həmin üzüyü “Krokus Siti Hol”da (Crocus City Hall) yerləşən Müslüm Maqomayevin xatirə muzeyinə bağışladınız...
 
- Bəli, üzük bundan sonra o muzeydə qalacaq. Hesab edirəm ki, Müslüm Maqometoviçin mirası bir növ xalq mülküdir. O özünü insanlara həsr eləyib. Mən də düşünürəm ki, bu doğrudur. Muzeyə onu görmək istəyən hər bir kəs gəlib baxa, o cümlədən onun əşyalarına toxuna, onlara daha yaxın ola, hiss edə bilər. Dahilər həmişə özlərindən daha çox dünyaya məxsus olurlar.
 
- Uşaqlarınız Müslüm Maqomayev barəsində nəsə bilirlər?
 
- Əlbəttə! Bilirlər ki, o dahi Azərbaycan müğənnisi və atalarının sevimli ifaçısıdır.
 
- Niyə bir qayda olaraq Müslüm Maqometoviçin repertuarından digər mahnılar deyil, yalnız "Möhtəşəm əbədilik" mahnısını ifa edirsiniz?
 
- Bəzi tematik konsertlərdə mən “Qızıl Günəş şüaları” mahnısı ifa edirəm, hərdən isə “Mənim Yolum”u (My Way). Hesab edirəm ki, Müslüm Maqomayevin bütün repertuarını istismar etmək olmaz. Buna görə də “Mavi əbədilik” mənim solo proqramımda təkdir.

Загрузка...
Загрузка...