​Elnarə Xəlilova: “Sözləriniz əsəbimə toxunur”

 
Müğənni Elnarə Xəlilovanın imicini dəyişməsi sosial şəbəkə istifadəçiləri tərəfindən yaxşı qarşılanmayıb.
 
Teleqraf.com xəbər verir ki, Elnarə Xəlilova imicini bəyənməyən, tənqid edən istifadəçilərə əsəbiləşib: “Sizdən artıq dərəcədə xahiş edirəm, fotoma saçımla bağlı yersiz şərhlər yazmayasınız. Ona gör ki, bu saçdır və bir gecəyə uzana bilməz. Bir həftəyə, hətta bir aya da uzana bilməz. İmkan verin, saçım uzansın. Hər gün eyni sözü yazıb durmayın. Sözləriniz insanın əsəbinə toxunur. Hazırda saçımın rəngi budur. Saçım uzandıqca dib boyasını saçım rəngdə qoyuram. Çünki hazırda belə istəyirəm. Sabah necə istəyəcəm, onu bircə Allah bilir. Ümumiyyətlə, məndən sizə tövsiyə, sizə necə rahatdırsa, elə yaşayın. Və imkan verin başqaları da yaşasın!
 
Mənə bu gün belə rahatdır və xoşdur”.