​Elnarə nöqtəni qoydu: “Səidə Sultanı...”

 
Kimin yalan, kimin gerçək dediyini yalnız bir insan sübut edə bilər. O da Vaqif Gərayzadədir. Röya qrupdan gedəndə Vaqif müəllim mənə tapşırdı ki, onun yerinə adam tapıb hazırlayım. Mən də Azərbaycanda keçirilən müsabiqələri araşdırmağa başladım. Tembr baxımından da Röyanın səsinə yaxın qız olmalı idi.
 
Bu sözləri müğənni Elnarə Xəlilova həmkarı Səidə Sultanı “Dablyu trio” qrupuna gətirməsi haqda Axar.az-a danışarkən deyib.
 
O, şahid kimi qrupun yaradıcısı, bəstəkar Vaqif Gərayzadəni göstərib:
 
“Səidəni “Bakı payızı” müsabiqəsində gördüm. Ona yaxınlaşıb, bizim qrupda çalışmağı təklif etdim. Bir yerdə Vaqif müəllimin yanına getdik, onları tanış etdim. Vaqif müəllim onu dinləyib, qrupa götürdü. Mənə də ona qrupun repertuarını öyrətməyi tapşırdı. İki ay sərasər Səidə ilə məşğul oldum, onu qrupa hazırladım. Yenə də deyirəm, halal xoşu olsun.
 
Bundan sonra Səidə “Dablyu-trio”da oxumağa başladı. Yalan ayaq tutar, amma yeriməz. Əgər mənə inanmırsınızsa, gedin Vaqif müəllimdən soruşun. Bu qədər! Burada bu münaqişəyə son qoyulmasını və bir daha adımın Səidə ilə birlikdə hallanmamasını istəyirəm. Allah hamının ürəyinə görə versin, verir də”.
 
Qeyd edək ki, Səidə Sultan mətbuata açıqlamasında onun səhnəyə gəlməsində Elnarə Xəlilovanın heç bir rolunun olmadığını deyib.