Elmira Kənan-Siz də qaçırsınızmı?

Tələbələrə boylanıram, hər biri bir ailə, bir ev, bir ocaq. Qaçırlar. Dərslərə gecikməmək, imtahana vaxtında çatmaq üçün, kirayə haqqlarını birtəhər toplayana qədər qaçırlar...
Zəng vurulanda tələsik bufetə, sonra evə,hətta görüşə belə qaçırlar.
Asta qaçan namərddir deyiblər mən də qaçmağa başladım. Avtobus-metro  dalınca, iş -çörək, maaş dalınca, bağçaya uşaq dalınca. Elə hey qaçırıq, amma irəli gedə bilmirik.
Irəli getmək üçün nə gərəkdir? Bunun üçün təzə ayaqqabısı olmayan köhnə, cırılmış, rəngi solmuş, dəbdən düşmüş,dabanı yeyilmiş, palçıqlı,əzilmiş, tapdalanmış, təpik vurulmuş ayaqqabı olasan. Bəzən də  köhnə qəbirstanlıqda basdırılmış dəyərlər kimi  pis üfunət qoxulu  ayaqqabı olasan.
 “Sevimli ayaqqabılar” dükanı var. O dükanlara aid deyilik ki, ey əlini üzünü hər şeydən üzüb Allaha pənah gətirənlər!
Biz sevimli olmadıq, amma sevimli bəndə olmaqla təsəlli tapdıq. Gözümüzü qamaşdıran irəli gedən ayaqqabılar laklı, parlaq, altında toz olmayan, xüsusi krem və yağ qabları ilə bəslənəndir ayaqqabılar.
Gələcəyə iri addımlarla irəli getmək üçün 42 ölçüdə tufli geymək lazım deyildi ki, baxmayaraq ayaqları üşüməsin deyə qızına yun corabla rahat geyinsin deyə 37 əvəzinə  42 ölçüdə qış  botu alardı. Zavallı dədə nə bilərdi ki, ölü zonanın kimya zavodunun zəhərini udanda nə qədər irəli getmişdi. BP nin keçmiş prezidenti  Devid Vudvorda oxşayırdı, amma neftdən deyil, xəstəlikdən.
Dedilər qaçmaq sağlamlıqdır, cana faydalıdır. Amma can xəstə olandan sonra hara qaçsın ki, Heç olmazsa yuxularında qaça bilsəydilər...
Nə yaxşı ki,qaçış marafonları,beynəlxalq oyunlar  keçırılir, qaça  bilməyənlər heç olmazsa ona baxırlar.
 Tələbələrdən danışırdım axı, bir neçəsi imtahanda ıştirak etmirdi... Hələ də 700-1000, 2000 manat təhsil haqlarını odəyə bilməyən tələbələr vardı
Bəs onlar hara qaçsınlar...?!
Elmira Kənan