Elməddindən cavab: Şeyx Əbdül nə deyirsə…

Baxış sayı: 
271
0  
0  

Şeyx Əbdül Mahmudova çox böyük hörmətim var. Haqqımda nə deməsindən asılı olmayaraq, onu çox istəyirəm.
 
Bu sözəri Kult.az-a açıqlamasında aktyor Elməddin Cəfərov rejissor Şeyx Əbdül Mahmudovun onunla bağlı “teatrımızı Elməddindən xilas edək” fikirlərinə münasibət bildirərkən deyib. E.Cəfərov bildirib ki, Şeyx Əbdülün bu barədə ona nə isə bir söz deməsini xatırlamır:
 
“Mən öz işimlə məşğulam. Başımı aşağı salıb işimi görürəm. O ki qaldı teatrı məndən xilas etməyə, mən, ümumiyyətlə, teatrda işləmirəm. Filmlərdə çəkilirəm. Xaricdən 4-5 filmə dəvət almışam. Ola bilər, burada kimlərsə məni bəyənmir. Ancaq buna da şükür. Sevinirəm ki, məni bəyənən, izləyənlər də var. İstənilən halda Şeyx Əbdülün fikirlərinə hörmətlə yanaşıram. Onun mənim haqqımda nə deməsindən asılı olmayaraq, xətrini çox istəyirəm”.
 
Qeyd edək ki, ARB TV-nin “Səhər-səhər” proqramına qonaq olan Şeyx Əbdül Mahmudov Azərbaycan kinosunu, teatrını Elməddindən xilas etmək lazım olduğunu bildirib.

Загрузка...
Загрузка...