Elmar Qasımov qızıl medalı əldən verdi - Yenilənib

Azərbaycan komandası Rio-2016 Yay Olimpiya Oyunlarında növbəti medalını qazanıb. Cüdoçumuz Elmar Qasımov finala yüksəlib.
 
Musavat.com xəbər verir ki, Elmar Qasımov 100 kq çəki dərəcəsində 1/4 finalda ukraynalı Artyom Bloşenkonu məğlub edib.
 
Finala çıxan idmançımız yığmamızın aktivinə növbəti medalı yazmağı bacarıb.
 
Qeyd edək ki, Azərbaycanın Rioda  ilk medalını cüdoçumuz Rüstəm Orucov (73 kq) qazanıb. O, gümüş medala sahib çıxıb.
 
***
 
Cüdoçumuz Elmar Qasımov gümüş medalla kifayətlənməli olub. O, finalda çexiyalı rəqibinə son saniyələrdə məğlub olaraq qızıl medalı əldən verib.