Elmar Məmmədyarov: ''Vyanadakı görüş substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır''

"Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrovun qiymətləndirməsi ilə razıyam ki, dünən Vyanada keçirilmiş danışıqlar münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır".
Azərbaycan XİN-dən Musavat.com-a verilən məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.
"Bu danışıqlar mümkün olan ən tez bir zamanda başlamalı və regionun əhalisi və beynəlxalq ictimaiyyətin çoxdan gözlədiyi əsaslı nəticələr hasil edilməlidir", - deyə, o bildirib.