Elman Rüstəmovdan manat sözü - bu il devalvasiya olmayacaq

Manat ilin sonuna qədər sabit məzənnədə olacaq. Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib. E.Rüstəmov bildirib: "Son vaxtlar milli valyutanın məzənnəsində sabitlik hiss olunur".
Onun sözlərinə görə, məzənnə bazarın tələbatına müvafiq müəyyən olunur.