​Elman Rüstəmov qara bazarı diriltdi: Elman Rüstəmov qara bazarı diriltdi: xalqa növbəti “dollar soyqırımı” - ÖZƏL

 
Bu gün daha 3 bank valyuta satışını dayandırıb
 
Politika.Az-ın İqtisadiyyat Şöbəsi xəbər verir ki, bankların dollar satışını dayandırması “qara bazar”ı canlandırıb.
 
Bu gün “qara bazar”da 1 dollar 1. 8250 manata satılır. ABŞ valyutasının bazarda alış qiyməti də banklardan xeyli bahadır. “Qara bazar”da dollar 1.8000 manata alınır.
 
Onu da deyək ki, banklar rəsmən dollar satışından imtina etsələr də ABŞ valyutasını dolayısı ilə “qara bazar”a çıxarırlar. Həm də bununla vətəndaşların əlində olan dollar toplanır.
 
Artıq Mərkəzi Bank sədri Elmn Rüstəmov və ona itaət edən banklar xalqa “dollar soyqırımı” yaşadır. Xalqın əlindəki bütün dollarlar bu yolla müsadirə olunur və yenidən satılır.
 
Buna iqtisadi genosid demək olar. Təcili şəkildə müdaxilə olmasa, ölkənin valyuta və maliyyə bazarında xaos yaranacaq. Qərb ölkələrində bu cür baş bankirlər çoxdan istefa vermişdi.
 
Manat isə dollara nisbətən həm rəsmi məzənnədə, həm də bazar kursunda dəyər itirməkdədir. Arada “manatın qısa dalğaları” ola bilər, amma bu heç də bazarda uzun müddətli təsirə malik olmayacaq.
 
Politika.Az-ın İqtisadiyyat Şöbəsi xəbər verir ki, Mərkəzi Bankın valyuta ehtiyatları daha da azalacaq. Bu ilin son aylarında dövlətin, şirkətlərin, bankları xarici valyuta ilə borc öhdəliklərinin artımı dollara tələbatın çoxalmasını şərtləndirəcək.
 
Hətta Dövlət Neft Fondunun müdaxiləsi davam etsə də belə Mərkəzi Bankın valyuta ehtiyatarı çoxdan qorunan qırmızı xətti keçərək 4 milyard dollardan da aşağı düşəcək.
 
E.Rüstəmov persona non-qrat olmağa doru gedir. Onun manatın başına gətirdiyi müsibət artıq məmurlar tərəfindən də tənqidlə qarşılanır. Baş bankir isə susmaqdadır. O susduqca hər gün dollar bahalaşır.
 
Dollar bahalaşdıqca manat dəyərdən düşür, bahalaşma gedir və əhalinin güzəranı ağırlaşır. Bunun səbəbkarı olan AMB sədri isə nə brifinq keçirir, nə banklara dair açıqlama verir, nə ictimaiyyəti xəbərdar edir.
 
Baş bankir Elman Rüstəmovun yarıtmaz pul siyasəti ölkə iqtisadiyyatına sarsıdıcı zərbə vurub. Ağır 2016-cı il təcrübəsindən sonra 64 yaşlı iqtisadçının istefaya göndərilməsi gündəmə gəlib.
 
Onnun ümidverici açıqlamalarından az sonra ölkədə baş verən devalvasiya, banklarla bağlı nikbin proqnozlarından sonra bir neçə maliyyə qurumunun iflası ona qarşı böyük inamsızlıq yaradıb.
 
Artıq yuxarı dairələrdə belə Rüstəmovun gələcəklə bağlı proqnozları ciddi qəbul edilmir, yeni iqtisadi sistemin təməl prinsipləri hazırlanır.