Elman Rüstəmov: “Azərbaycan xüsusi maliyyə sabitliyi proqramı hazırlayacaq”

Azərbaycanda bank sektorunun dəqiq diaqnostikası aparılır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, diaqnostika yekunlaşdıqdan sonra xüsusi maliyyə sabitliyi proqramı hazırlanacaq və reallaşdırılacaq: "Hesab edirəm ki, ölkənin bütün makroiqtisadi strukturları - Maliyyə Nazirliyi, Malyyə Bazarlarına Nəzarət Palatası - ölkədə maliyyə sabitliliyinin təmin edilməsi üzrə birlikdə ciddi iş aparırlar. Bu işlərin nəticəsində xüsusi maliyyə sabitliyi proqramı hazırlanacaq və reallaşdırılacaq".