Eldar Sabiroğlunun oğluna 10 il HƏBS TƏLƏBİ

Lənkəran Ağır Cinayətlər Məhkəməsində sabiq müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
Turaninfo.az bildirir ki, Lent.az-a bu barədə vəkil  Bəhruz Bayramov məlumat verib. O bildirib ki, prosesdə məhkəmə istintaqı başa çatıb. Söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında sabiq müstəntiqə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası verilməsini tələb edib.
 
Proses sabah davam edəcək
 
****
 
Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində sabiq müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
Bu barədə Turaninfo.az Lent.az-a istinadən vəkil Bəhruz Bayramov məlumat verib. Vəkilin sözlərinə görə prosesdə 2 şahid ifadə verib. Məhkəmə iclası saat 16:00-a qədər fasilə elan olunub.
 
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sonra məhkəmə R.Səfərovun ev dustaqlığına buraxılması ilə bağlı iddiasına baxıb və iddia təmin olunub. Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.