Eldar Sabiroğlunun oğlu 9 il müddətinə azadlıqdan məhrum edilib

Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.
 
Turaninfo.az xəbər verir ki,R. Səfərov, məhkəmə zalında həbs edilib.
 
Qeyd edək ki, bu il yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R.Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
 
Həmin qərardan məhkəməyə müraciət olunaraq, həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
 
R.Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilirdi.
 
Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.