Eldar Mahmudovun tibb üzrə qadın məsləhətçisinin kimliyi bilindi - Şok təfərrüatlar

Ləğv edilən MTN-nin sabiq rəhbəri Eldar Mahmudovun Almaniyada xəstəxana biznesinə maraq göstərməsindən, bu sahəyə milyonlarla manat məbləğində kapital yatırmasından bəhs etmişdik
 
Bu günlərdə 24saat.org-a açıqlama verən özəl mənbə məlum məsələ ilə bağlı daha bir neçə maraqlı məqama aydınlıq gətirib. Mənbənin sözlərinə görə, sabiq nazirin “şəfa ocaqları” Almaniyanın üç şəhərində yerləşir:
 
“E.Mahmudovun Almaniyadakı xəstəxana zəngiri bu ölkənin üç böyük şəhərində -Berlin, Münhen və Köln şəhərlərində yerləşir. Bir zəngirin müxtəlif halqalarını təşkil edə bu xəstəxanalarda dünyanın ən bahalı əməliyyatları reallaşır ki, bu əməliyyatlardan gələn pullar E.Mahmudovun Qərbdəki hesabına köçürülür”.
 
Mənbənin bildirdiyinə görə, Almaniyada səhiyyə sektoruna kapital qoyan sabiq nazirin bu işdə əsas məsləhətçisi MTN generallarından birinin Azərbaycanın səhiyyə sistemində işləyən həyat yoldaşı olub:
 
“Məhz bu xanımın məsləhətləri ilə Almaniya səhiyyə sistemində özünə yer edən E.Mahmudov sahib olduğu xəstəxanaların fəaliyyətinin tənzimlənməsi, bu xəstəxanalarda işlək, universal mexanizmin yaradılmasında onun köməyindən istifadə edib. E.Mahmudovun dəvəti ilə bir neçə dəfə bu xəstəxanalarda olan xanım məsləhətçi tibbi müəssisələrin müasir tibbi avadanlıqlarla təchizatında da öz məsləhətləri ilə sabiq nazirə xeyli dərəcədə kömək edib. Hansı ki, bir müddətdən sonra onun MTN-də işləyən həyat yoldaşı da bu xəstəxanaların birində müalicə alıb”.