Eldar Mahmudovu qurbanları müdafiə edir - ŞOK

Sabiq nazir hələ də məmur kontingentini şantaj etməkdə davam edir
Ləğv edilən MTN-nin sabiq rəhbəri Eldar Mahmudovla bağlı Politika.Az-a maraqlı informasiya daxil olub. Etibarlı mənbədən daxil olan məlumata görə, vəzifəsi əlindən alınan sabiq nazir bu gün də ali siyasi hakimiyyətdə təmsil olunan bəzi şəxsləri şantaj etməkdə davam edir.
E.Mahmudovun öz qurbanları tərəfindən müdafiə edildiyinə diqqət çəkən mənbə, sabiq nazirin azalığına görə məhz onlara borclu olduğunu bildirib:
“Bu gün E.Mahmudov və bəzi sabiq MTN yetkililərinin azadlqda qalmasına səbəb onların siyasi hakimiyyətdəki qurbanları tərəfindən himayə olunmasıdır. Belə ki, səlahiyyətindən məhrum edilən və sərvətinin demək olar ki, tamamına əl qoyulan E.Mahmudov müəyyən kanallar vasitəsi ilə hakimiyyət piramidasında həlledici söz sahibi olan bəzi şəxslərə başa salıb ki, artıq onun azadlığından başqa itirəcəyi heç nə qalmayıb. Əgər onun və MTN işindəki açar isimlərin həbsi reallaşarsa, o zaman şantaj videoları avtomatik olaraq ictimaiyyiləşəcək ki, bu da həmin məmurların siyasi fiqur kimi sonu olacaq.
Məhz bu səbəbdən də E.Mahmudovun həbs edilməsini hər vasitə ilə mane olmağa çalışan “qurbanlar” bununla özlərinin ifşasını əngəlləməyə çalışrılar. Onlar E.Mahmudova nifrət etsələr də məlum şərtlər altında onu müdafiə etməyə məcburdurlar və bu günə qədər baş verənlər də sübut edir ki, bu dünyada E.Mahmudovun etmədiyi, edə bilməyəcəyi heç nə yoxdur. Odur ki, E.Mahmudovun şantaj tələsinə düşən siyasi məmurlar sabiq naziri müdafiə etməkdən başqa yolları qalmayıb. Başqa sözlə desək, E.Mahmudov bu gün də dünən olduğu kimi şantaj və təhdid etməkdə davam edir”.