Eldar Mahmudova möhlət verilib: 10 MİLYARD DOLLAR QOVĞASI - təfsilat

Sabiq nazirin ölkədən çıxardığı pulların geri verilməsi tələb olunur
Ötən ilin sonlarında işdən çıxarılan, ardından isə rəhbəri olduğu MTN-i ləğv edilən sabiq nazir Eldar Mahmudova yayın sonuna qədər möhlət verilib.
Bu barədə Politika.Az-a etibarlı mənbələrdən məlumat daxil olub.
Həmin məlumatda deyilir ki, Mahmudova verilən möhlətə səbəb onun MTN şefi olduğu müddət ərzində dövlətdən oğurladığı 10 milyard dolları geri qaytarma tələbidir.
Politika.Az-a verilən məlumatda deyilir ki, Eldar Mahmudovun fəaliyyətini araşdıran Maliyyə Nazirliyi toplam 10 milyard dollar yeyinti aşkarlayıb. Bununla bağlı yekun rəy isə iyunun ortalarında hazır olacaq. Artıq rəqəmin hansı boyutlarda olduğu məlum olduğundan həmin pulların geri qaytarıliması tələb edilir.
Mənbə bildirir ki, həmin pulun 3 milyard dollarlıq hissəsi Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin əliylə silinib. Yerdə qalan 8 milyard dolların isə ayrı-ayrı banklar vasitəsiylə ölkədən çıxarıldığı da artıq Maliyyə Nazirliyi və AMB tərəfindən təsdiqlənib. Politika.Az-a məlumat verən mənbələr vurğulayırlar ki, həmin pulların geri qaytalırması üçün verilən möhlət yayın sonlarında başa çatmalıdır. Əks təqdirdə, Eldar Mahmudovun həbsi qaçılmaz olacaq.