Eldar Mahmudov qiyamdan nə qazandı? - Sensasion təfərrüat

Müasir siyasi texnologiyada ideoloqlar gündəmi dəyişməyin ən mahir yolları üstündə baş sındırırlar. Dünya və Azərbaycan təcrübəsində dəfələrlə siyasi gündəmin necə ildırım sürəti ilə dəyişdiyinin şahidi olmuşuq.
Ancaq bu dəfə gündəmi dəyişməyə ehtiyac olmadı. Türkiyədəki hərbi çevrilişə cəhd olayı elə bir bomba kimi düşdü ki, Azərbaycanın gündəmini çalxaladı və ən aktual olayları arxa cərgəyə keçirdi.
 
Politika.Az-ın analitik şöbəsinin araşdırması zamanı məlum olub ki, Türkiyə prezidenti Tayyib Ərdoğana qarşı hərbi qiyam Bakıda bəzi qüvvələrin işinə yarayıb.
Gündəmi zəbt edən xunta qiyamından ən çox bəhrələnən və sevincək olan sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovdur.
 
Ləğv edilmiş MTN-nin rəhbəri olmuş E.Mahmudov oktyabrdan medianın gündəmində ən baş mövzu olaraq aktuallığını itirmirdi. E.Mahmudov və ətrafındakı şəbəkəsinin ifşasından sonra bir-bir əməlləri üzə çıxan eks-nazirin mətbuatda elə gün yox idi ki, barəsində xəbər yayılmasın.
 
Amma Türkiyə hadisələri keçmiş nazirin “çiçəyini çırtladıb”. Artıq bir həftəyə yaxındır ki, Mahmudovçu qruplaşmanın əməllərindən yazılmır.
 
Politika.Az-ın əldə etdiyi xəbərdə bildirilir ki, Mahmudov haqqında tirajlanan xəbərləri ört-basdır edə bilmədiyi üçün gündəmdən necə çıxmağın yollarını axtarırdı. Keçmiş nazirin axtarışa çıxmasına ehtiyac qalmadı, Ərdoğana qarşı hərbi qiyam siyasi gündəmdə elə yer tutub ki, Mahmudov tamamən unudulub.
 
Mötəbər qaynağın verdiyi məlumatda iddia olunur ki, E.Mahmudov hazırda evində prosesləri izləyir və hadisələrin mümkün qədər mətbuatın gündəmindən çıxmamasını arzulayır. Mənbə onu da əlavə edib ki, konstitusiyaya dəyişikliklə bağlı referendum məsələsi də Mahmudovçu şəbəkəni sevindirib.
 
Keçmiş nazir və adamları arzulayır ki, MTN-lə bağlı günbəgün açılan şok faktlar nə qədər mətbuatda az görünsə və bu olaylar aktuallığını itirsə daha yaxşıdır.