Elçin Hatəmi: Ərdəbildə basqıların artması fəalları susdurmaq üçündür [Audio-Müsahibə]

ABŞ-da mühacirətdə yaşayan güneyli fəal Amerikanın Səsi ilə söhbətdə son həftələrdə İran Azərbaycanında baş verən insan haqları pozuntuları, həbslər, öncədən həbsdə olan türk fəalların vəziyyəti və məhbusların ailələrinə qarşı tətbiq edilən olan basqıları şərh edib. Elçin Hatəmi həmçinin Tehran vilayətində 6 yaşlı əfqan qız uşağının öldürülməsi və məhbus türkmən alim Ümid Kövkəbinin sağlıq durumunun ağır olması ilə bağlı danışıb.
Hüquq müdafiəçisi son vaxtlar Ərdəbildə icra edilən həbs və şallaq hökmləri, eləcə də Şiraz zindanında sürgün həbsində olan tanınmış güneyli fəal Abbas Lisaninin həyat yoldaşı Ruqəyyə Əlizadənin üzləşdiyi basqılar haqqında məlumat verib.

Keçən həftələrdə ərdəbilli fəallara qarşı həbs və şallaq hökmləri icra edilib
Onun dediklərinə görə,“İslam Respublikasının təhlükəsizlik və məhkəmə güclərinin Abbas Lisaninin ailə üzvlərinə qarşı basqıları davam edir. Son zamanlar Lisaninin xanımı Ruqəyyə Əlizadənin artan basqılar üzündən qan təzyiqi yüksəlib və bir neçə gün xəstəxanada yatıb. Əlizadə daha sonra, aprelın 19-da Ərdəbil İnqilab Məhkəməsinə çağırılıb və orada hakimiyyətə qarşı propaqanda və bölücü qrupların xeyrinə fəaliyyətə dair saxta ittihamlarla qarşılaşıb. Hakim onun zəmanət qarşılığında sərbəst buraxılmasına qərar verib... Zəmanət milli fəalların yardımı ilə təmin edilib.”

İslam Respublikasının təhlükəsizlik və məhkəmə güclərinin Abbas Lisaninin ailə üzvlərinə qarşı basqıları davam edir.
bir neçə həftə ərzindədə Ərdəbildə bir çox fəala qarşı çıxarılmış hökmlərin sürətlə icrasının bu bölgədəki fəalların susdurulması hədəfi ilə həyata keçirildiyini söyləyir.
O, habelə digər tanınmış məhbus Yürüş Mehrəlibəyinin (Ayət) ailəsinin də təhlükəsizlik qurumlarının təhdid və basqıları ilə üzləşdiyini bildirir.
Güneyli fəalın sözlərinə görə, keçən günlər nəzarət altına alındıqdan sonra Təbriz zindanına göndərilən Əmir Vəlizadənin həbsinin Dağlıq Qarabağdakı təmas xəttində silahlı qarşıdurmaların cərəyan etdiyi günlərdə sosial mediada apardığı fəaliyyətlər ilə bağlı olduğu ehtimal edilir.
Hatəmi Tehran vilayətinin Vəramin şəhərində yaşayan 6 yaşlı əfqan qız Sitayiş Qureyşinin 17 yaşlı bir iranlı oğlan tərəfindən oğurlanıb öldürülməsi olayını şərh etməklə yanaşı, İranda əfqan mühacirlərə qarşı qanunda və əməldə yürüdülən ayrı-seçiklikləri də izah edir.
Amnesty Internationalın “vicdan məhbusu” kimi tanıdığı türkmən fizika alimi Ümid Kövkəbinin sağlıq durumunun ağırlaşması haqqında danışan Elçin Hatəmi onun zindanda xərçəng xəstəliyi səbəbi ilə böyrəyinin birinin çıxarıldığını bildirir.