Elçibəyin Azərbaycan üçün etdikləri 10 bənddə

1918, 1992, Azadlıq, Azərbaycan, Bəy, BuMənimTaleyimdir, Demokratikİnqilab, Demokratikseçkilər, Elçibəy
8 iyun 1992-ci ildə Azərbaycan Respublikasında ilk dəfə demokratik yolla prezident seçilən Əbülfəz Elçibəy, ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqımızın rifahının yaxşılaşdırılması yolunda çox mühüm işlər görüb.
 
1. Keçmiş Sovet Dövlətləri arasında ilk dəfə test üsulu ali təhsil ocaqlarına imtahanın keçirilməsi baş tutdu.
 
 
 
2. Mindən çox gəncə onlarca xarici ölkədə nadir ixtisaslar üzrə təhsil almaq imkanı yaradıldı.
 
 
3. Azərbaycanda milli valyutaya keçid həyata keçirildi.
 
 
4. Dünyanın bir çox məşhur transmilli şirkətləri ilə neft sənayesi sahəsində sazişlər imzalanmağa başlandı.
 
 
 
5. 1.5 ton qızıl və digər qiymətli metalların toplandığı Dövlət Ləl-cəvahirat Fondu yaradıldı.
 
 
 
6. Milli Bankda valyuta ehtiyatı 156 milyon dollara çatdı. (Bu 1 il əvvələ görə 100 dəfə çox idi.)
 
 
 
7. Qarabağ müharibəsi zamanı genişmiqyaslı uğurlu hərbi əməliyyatlar aparıldı.
 
 
 
8. Brüsseldə AVROPA İTTİFAQI tərəfindən Dağlıq Qarabağa dair ilk bəyanat qəbul edildi. BMT-də Qarabağa dair qətnamə qəbulolundu.Ermənistan işğalçı ölkə kimi tanıdıldı tüm dünyaya.
 
 
 
9. Azərbaycan Silahlı Qüvvələri yaradıldı və ilk milli parad keçirildi.
 
 
 
10. Sovet Respublikaları arasında rus ordusu ilk olaraq  Azərbaycan Respublikası ərazisindən çıxarıldı. (Gürcüstandan 2008-də çıxarılıb.)
 
 
 
Ən əsası isə bütün bunlar yeni müstəqil olmuş, yeni qurulmuş hakimiyyət tərəfindən qızğın hərbi əməliyyatların getdiyi müharibə şəraitində baş verirdi.

Загрузка...
Загрузка...