Ekvadorda zəlzələ zonasına on minlərlə hərbçi cəlb olunub

Ekvador hökuməti 10 min hərbçini və 4 minə yaxın polisi zəlzələ zonasına göndərib.
Turaninfo.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi yerli hökumətə istinadən məlumat yayıb.
Köçürülən insanlar üçün beş müvəqqəti düşərgə salınıb. Qırmızı Xaç Komitəsinin məlumatına görə, hadisə yerinə 1200  könüllü gəlib.
Hökumət rəsmiləri bildirir ki, zəlzələ zonasına 500 yanğınsöndürən maşın göndərilib. Son məlumatlara görə, zəlzələ nəticəsində 77 nəfər ölüb, 588 nəfər xəsarət alıb.