Eksternat qaydasında imtahanların vaxtı açıqlandı

Eksternat qaydasında imtahanların vaxtı açıqlandıBakı Şəhəri Üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Eksternat qaydasında imtahanların təşkili barədə əmr imzalayıb.
BŞTİ-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əmrə əsasən, ümumi təhsil sektoruna eksternlərin ərizələrinin 1 aprel tarixdən 20 aprel tarixə kimi qəbul edilərək qeydiyyata alınmasını təmin etmək tapşırılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin direktorları rəhbərlik etdikləri məktəblərdə əvvəlki illərdə oxuyub təhsil sənədi ala bilməmiş vətəndaşların müvafiq prosedur qaydaları ilə bağlı məlumatlandırılmalarını və ərizələrinin BŞTİ-yə təqdim olunmasını təmin etmək tapşırılıb.
Əmrə görə, ümumi orta və tam orta təhsil proqramları üzrə eksternat qaydasında imtahanların təşkili və keçirilməsi üçün Bakı şəhəri 45 nömrəli tam orta məktəb baza məktəbi olaraq müəyyən edilib.
Bildirək ki, eksternlər üçün aralıq imtahanları 11, 12, 13 may 2016-cı il tarixlərdə keçiriləcək