Ekspertlər: ​Balanslaşdırılmamış büdcə yeni maliyyə şoklarına səbəb ola bilər

Balanslaşdırılmamış dövlət büdcəsi valyuta məzənnələrinin çökməsinə və yeni şoklara gətirib çıxara bilər. Bu xəbərdarlıqla Rusiya Bankı (Mərkəzi Bank) sədrinin birinci müavini Kseniya Yudaeva çıxış edib.
Turaninfo.az RBC Agenliyinə istinadən verdiyi xəbərə görə, K.Yudaeva Rusiyanın BRİCS ölkələrinin səhvlərini təkrarlamamasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, büdcənin optimallaşdırılması zəruridir və xərclər gəlirlərin səviyyəsi ilə uyğunlaşdırılmalıdır. Ali İqtisadiyyat Məktəbində (VŞE) çıxış edən KYudaeva,büdcə düzəlişlərinin mümkün qədər qısa müddətdə təmin olunmaması maliyyə və valyuta bazarlarında volatilliyə gətirib çıxara bilər: "Bu da öz növbəsində iqtisadi artım üçün yeni şoklar yaradar".
O, həmçinin çıxışında həddindən artıq böyük büdcə kəsirinin real valyuta məzənnəsinin bahalaşmasına və yerli şirkətlər üçün rəqabət imkanlarının azalmasına səbəb ola biləciyini qeyd edib. Digər tərəfdən, yüksək büdcə kəsirinin iqtisadiyyata ağır borc yükü təşkil edəcəyi, bunun nəticəsində bazarın hökumətə inamının itməsi, kapitalın ölkədən axını, valyuta məzənnəsinin çökməsi və iqtisadi artımın azalmasına səbəb olacağı vurğulanır.
Yudaeva, keçən il BRİCS ölkələrindən Braziliya və C.Afrikada büdcə kəsirinin artması problemləri səbəbindən valyuta məzənnələrində volatilliyin artdığını deyib. "Biz bu səhvləri buraxmamalıyıq", deyə o sözlərinə davam edib. Rusiya Bankının önündə duran əsas vəzifənin orta müddətdə, təxminən 3 il ərzində tədricən büdcə kəsirinin azaldılması və daha sonra yeni büdcə qaydalarının tətbiqi nəzərdə tutulub.