Eks-spiker Rəsul Quliyev – Ərdoğanın Suriya siyasəti

 
R.T.Ərdoğan-Avropa mən də sizinləyəm
 
Avropanın sərt mövqeyi, şantajın Türkiyənin tam ziyanına işlədiyini nəhayət Ərdoğanın beyninə qoya bildi. Ərdoğan tələm tələsik Suriyaya girməyin əsas məqsədi Əsəd rejimini ləğv etməkdir elan etdi. Yəni Şirvaninin ”Məndə müsəlmanam a şirvanlılar” ”məndə sizlərdənəm a avropalılar” müasir variantından istifadə etdi. Ərdoğanın tarixdən bildiyi a) Osmanlı imperiyasının yaxın şərqdən mərkəzi avropaya qədər ərazilərinin olması b) Ata Türkün Avropaya yaxınlaşmağa qətiyyətli müqavimət göstərən 100 minə yaxın fundamental dinçiləri qırması. İki sivil qanun qaydalara keçə bilməyən keçmiş imperiya sələfləri RF və Türkiyə bu günə qədər o keçmiş torpaqları özününkü hesab edir və ən azı bu regionda yerləşən dövlətlərin onlarla hesablaşmasını təbii sayır. RF xüsusi həyasızlıqla onun tərkibində cəmi 150 il olan Azərbaycanı özünün vassalı hesab edir. Öz ölkəsinin 300 il monqol türk, 150 ilə yaxın Polşa, Litva imperiyalarının tərkibində olmasını yadından çıxarıb.
 
Ərdoğan 14 ildir addımba addım Ata Türk şəxsiyyətini qaralamaqla məşğuldur, ancaq hələki bir şeyə nail ola bilməyib. Putin isə imperiyasının dağılmasında movzaleydə saxladıqları dolları Lenini günahkar hesab edir.
 
 
Ərdoğanın Əsədi məhv etmək planını ilk növbədə bu gün Əsəd rejiminə qarşı vuruşan kürdlərdən başlamaq niyyətindədir. Bu kürdlər ətrafda olan 4 ölkənin (İran,İraq,Suriya,Türkiyə) hamısında sayları 2 milyondan 8 milyona qədər olmaqla yaşayırlar. İran və İraqda qismən sakitlikdir. Suriyada da səslərini çıxara bilmirdilər. Türkiyə qismən demokratik ölkə olduğu üçün sovet ittifaqının yaratdığı kürd işçi partiyası (sovetlər əvvəlcədən bu partiya və Asala tipli təşkilatları düşmənlərinə qarşı terrorist təşkilat kimi istifadə etmək məqsədi ilə yaradıb və bu günə qədər o prinsiplə davam edirlər) terrorist metodları ilə işləyir və onlarla dil tapmaq çətinləşir. Ancaq istənilən variantda Türkiyəni bu bəladan onlarla dil tapmaq qurtara bilər, güclə yox.
 
 
İndi Əsədi yıxmaq istəyən Türkiyə ondan öncə kürdləri təslim etmək istəyir. Bunu necə edəcəklər. Mümkün deyildir. 4 il bundan öncə Suriyaya daxil olub bu işi görmək olardı, artıq mümkün deyildir. Ruslar Suriyaya girəndən sonra o zonada artıq it yiyəsini tanımır, elə bir qarma qarışıqlıqda Türkiyə necə əvvəl kürdləri təslim edəcək sonrada Əsədi yıxacaq, əlbəttə bu fantaziyadır. Ərdoğanın son bəyanatı Avropaya məndə sizinləyəm deməkdən başqa heç bir praktiki əhəmiyyət kəsb etmir.
 
Suriya problemində 4 il öncə ABŞ-ın tutduğu mövqe (Dəməşqdə prezident ofisini bombalayıb Əsədi təslim etməkdən əl çəkməsi) RF-sı ilə razılıqa gəlib gəmilərini Aralıq dənizindən çıxarması və Türkiyənin Suriyaya girməməsi bu problemin həllini xeyli çətinləşdirdi.