Eks-spiker gərginləşən Avropa-Türkiyə münasibətlərindən yazdi


Avropa ittifaql Ərdoğanın 14 illik yarıtmaz ambisiyalı siyasətinə görə Türkiyənin AB-nə daxil olmaq sazişinə baxmağı dayandırdı.Türk xalqının 50 ildən artıq Avropa birliyinə daxil olmaq arzusunun üzərindən ən aşağısı Ərdoğan hakimiyyətdə olduğu dövrdə qara xətt çəkildi.1960-cı ildən 2 dəfə dövlət çevrilişi bir dəfə dövlət çevrilişinə cəhd olmuş Türkiyənin aqibətinin belə qurtaracağına heç bir şübhə yox idi. Dövlət çevrilişlərindən qısa müddət sonra, hakimiyyəti demokratik seçkilərə vermiş hərbiçilərdən fərqli olaraq, Ərdoğandan nəinki demokratiyanı müdafiə etməsi, hətta diktatura qurması gözlənilir.İki dövlət çevrilişlərində hərbiçilərin həbs etdiyi insanların sayı,Ərdoğanın baş tutmamış dövlət çevrilişindən sonra həbs etdiklərinin sayından ən azı 15 dəfə azdır. Türkiyənin Avropa İttifaqına qəbul edilməməsinin daha iki səbəbi vardır. Birincisi bütün hüceyrələrini gəmirən (sözsüz Azərbaycandan qat qat az) korrupsiya və rüşvətin yuxarı olması,ikincisi kürd probleminin həllinin ancaq bir yolu, terora qarşı terror yolunun seçilməsi. Ərdoğan korrupsiya və rüşvətinin səviyyəsi əvvəlki illərdən bir qədər azdır.Çünki Ərdoğan ailə-klan korrupsiya və rüşvətini gücləndirib,yəni bu işlə məşğul olanların sayını qismən azaldıb.Amerika və Avropaya söykənən Ukraina,Gürcüstan və Moldova ölkələri ya demokratiyanın içində ya da demokratiyaya qoşulmaq üzərədir.Ukrainanın yanında Polşa,Moldovanın yanında isə Rumıniya dayanıb və bu ölkələrdən nümunə götürən hər iki ölkə inkişafdadır. Bizim və başqa türkəsilli (Qırğızıstan,Qazaxstan,Özbəkistan və Türkmənistan) dövlətlərinin yanında isə Türkiyə və qismən RF-sı dayanıb.Azərbaycanlıların dünyanın ən haqsız xalqalrından biri olması, bir tikə çörəyinin belə korrupsiya və rüşvətlə alınmasının səbəbini hökümətimizin Türkiyəni böyük qardaş hesab etməsi və Rusiyaya oxşamağa cəhd etməsidir. Ərdoğanın Şanxay sazişinə qoşulacayıq deməklə AB-ni hədələməsi dünya siyasətindən başı çıxmayan yazıq bir adamın sayaqlamasına bənzəyir. Bu insan Şanxay sazişinin məqsədini anlamamaqdır.Şanxay sazişinin məqsədi 3-cü dünya ölkələri arasında Çinin hegemonluğunu təmin etməkdən başqa bir şey deyildir.Avropa sazişinə görə Türkiyə Avropanın bərabər hüquqlu ölkəsi olmalı idi. Şanxay sazişində Çinin altında tərpənməyə cəhd göstərən bir fağıra şevriləcək. Şanxay sazişinə daxil olan RF daxil olmaqla ölkələrin hamısı birlikdə Çinin illik istehsalının heç 30 faizini belə istehsal etmir.Türkiyə ora daxil olandan sonra ola bilər 35 faiz olacaq. Bərabər hüquqla Çin mallarının Türkiyədə satışının qarşısından baryerlər götürülsə Türkiyə bir ilə bankrot olacaq.Yazıqlar olsun...

Загрузка...
Загрузка...