Eks-arvadının intim görüntüləri yayılan müğənninin "QƏLƏMİNİ QIRDILAR" - Böyük ŞOK (VİDEO)

Baxış sayı: 
138
0  
0  

Görkəmli müğənni və yazıçı Onur Akay Mustafa Ceceliye radiolarda embarqo qoyulduğunu və onun çoxsaylı konsert proqramının da ləğv olunduğunu deyib.
Xəbər verdiyimiz kimi, müğənni Mustafa Cecelinin oğlunun vəlayətini almaq üçün keçmiş həyat yoldaşı Sinəm Gedikin müğənni İntizar ilə intim video materiallarını məhkəməyə dəlil kimi təqdim etməsi maqazin gündəminə bomba kimi düşmüşdü.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu hadisədən sonra müğənni bir çox sənətçinin kəskin tənqidinə məruz qalıb. Sosial şəbəkə istifadəçiləri və sənət adamları Mustafa Cecelini oğlunun anasının başqa qadınla intim görüntülərini yaymaqda ittiham edib.
Müğənniyə indi də radiolar embarqo qoyub. Görkəmli müğənni və yazıçı Onur Akay Mustafa Ceceliye radiolardan embarqo qoyulduğunu və çoxsaylı konsert proqramının da ləğv olunduğunu iddia edib:
"Aldığım məlumata görə, Radio D, Show Radio, Super Fm və Best FM kimi çox sayda milli radio ortaq qərar qəbul edərək play listlerinden Mustafa Cecelinin mahnılarını çıxarıb və Cecelinin çox sayda konserti də ləğv olunub”.
Qeyd edək ki, müğənni dünən açıqlama verərək, eks-arvadının videolarını yaymadığına dair geniş açıqlama verib.

Загрузка...
Загрузка...