Ekoloji çirklənmə 9 milyon insanı öldürdü – Şok

 
Dünyadakı hər altıncı erkən ölümə səbəb ətraf mühitin çirklənməsidir.
 
Axar.az xəbər verir ki, bu iddia ilə “Lancet” elmi jurnalı çıxış edib. Jurnal 2015-ci ildə ekologiyanın çirklənməsi ucbatından yaranan xəstəliklərdən 9 milyon insanın öldüyünü bildirib:
 
“Bu göstərici SPİD, tuberkulyoz və malyariyadan ölənlərin ümumi sayından çoxdur. Bu göstərici həmçinin müharibə və digər hallarla əlaqədar ölənlərin sayından isə 15 dəfə çoxdur. İnsan sağlamlığına, xüsusilə havanın sənaye və avtomobil qazları ilə çirklənməsi ciddi təsir göstərir. 2015-ci ildə havanın çirklənməsi ucbatından 6,5 milyon insan erkən yaşında vəfat edib. Ölən insanlarda daha çox ürək xəstəliyi, insult, yüngül xərçəng qeydə alınıb. Suyun çirklənməsi 1,8 milyon, iş yerlərindəki zəhərli əşyaların mövcudluğu 800 min insanın ölümünə şərait yaradıb. Ekologiyanın çirklənməsi və bunun erkən ölümlərlə nəticələnməsi (92%) daha çox aşağı və orta gəlirli ölkələrin payına düşür. Çin, Hindistan, Pakistan və Keniya kimi ölkələrdə təbiətin çirklənməsi hər 4-cü insanın erkən ölümünə səbəb yaradır”.

Загрузка...
Загрузка...