“Ebru ərinin yanına gedəcək” – Demət Akalın

Məşhur müğənni Demet Akalın  həbs olunan iş adamı Rza Zərrabın həyat yoldaşı Ebru Gündəşdən danışıb.
Turaninfo.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Renkli sayfalar” proqramında qonaq olan müğənni həmkarına dəstək olacağını deyib:
“Ebru ilə mesajlaşdım, yaxın günlərdə ziyarət edəcəyəm. İnsan oğlunun başına hər şey gələ bilər. Bir mövzuda ehkam kəsmək bizə yaraşmaz. Ebru mütləq özünə uyğun hərəkət edəcək. Onun ruh halını bilmirəm.  Ebru uşağını Türkiyəyə gətirmək üçün dönüb. Təbii ki, ərinin yanına  gedəcək. “Belə bir şey başıma gəlsə” düşüncəsi belə pisdir. Qorxunc bir şeydir. Mən hər zaman yoldaşımın arxasındayam, o da mənim arxamdadır. Həyatda hər şey insan üçündür. Böyük danışmaq lazım deyil. Ortada bir uşaq olduğu üçün durum daha çətindir”.