Ebru Gündeşlə Rza Zərrab boşanmaqdan vaz keçdilər - FOTO

 
Türkiyənin tanınmış müğənnisi Ebru Gündeş iş adamı Rza Zərrab ilə altı ildir davam edən evliliyini bitirmək qərarına gəlmişdi. Son xəbərlərə görə, cütlük bu qərarı təxirə salıb.
 
Teleqraf.com-un "Hürriyet" istinadən xəbərinə görə, Amerikada 7 aydır həbsdə olan Rza Zərrab Ebru Gündeşin qərarını kədərlə qarşıladığını vəkili vasitəsilə açıqlamışdı. Aradan 1 ay keçməsinə baxmayaraq, boşanma ərizədə verilmədi:
 
"Ər-arvadın boşanma qərarını təxirə saldığı bildirilir. Ebru Gündeş 5 yaşındakı qızı ilə birlikdə Rza Zərrabın İstanbul Kanlıcadakı villasından da daşınmayı. Hətta bu yaxınlarda villa üçün yeni mebellər alınıb".