Ebru Gündeş Rzayla yaşadığı evi satır

ABŞ tətilində həyat yoldaşı Rza Zərrab həbs olunan müğənni Ebru Gündeş Kanlıcadakı sahildə yerləşən mülkü (yalı) satışa çıxarıb.
Turaninfo.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Rzanın həbsindən sonra bütün günü medianın nəzarətində olan həmin mülk Ebru və ailəsinin ilin daha çox hissəsini keçirdikləri məkandır. Bu malikanəni Rza Ebruya hədiyyə almışdı.
Qarşıdakı günlərdə vəkillərinə satış üçün etibarnamə verəcəyi gözlənilən E.Gündeşin hara köçəcəyi bəlli deyil. O, medianın hədsiz marağını nəzərə alaraq köçəcəyi yeriz gizli saxlayır.