Ebru Gündeş od püskürdü: “Evli, uşaqlı, 42 yaşlı qadınam…”

 
Qapıcı Ufuk Ceylanla sevgili olduğu deyilən müğənni Ebru Gündeş nəhayət ki, sükutu pozdu.
 
Turaninfo.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gündeş ittihamlarla bağlı açıqlama verib:
 
“Öncə belə bir açıqlama vermənin üzüntüsünü sözlərlə ifadə edə bilmədiyimi deməliyəm.  Mən hələ evli, bir uşaq sahibi olan, yaşadığı bu qədər çətinliyə rəğmən ayaqda qalmağa çalışan və şükürlər olsun ki, ağılı yerində olan 42 yaşında bir qadınam. Ən azından hesabını verə bilməyəcəyim kimsəni 24 saatı izlənilən bir həyatın içinə salmayacaq qədər də zəkaya malikəm.
 
Təqdir edərsiniz ki, mənə yaraşdırmağa çalışdığınızı yaşamış olsam yolum ailəmlə yaşadığım evdən keçməz. Çünki başqa evdə yaşaya biləcək imkana da sahibəm.
 
Uşağımın atasının içində olduğu çətin vəziyyətdən dolayı və hələ də ailə həyatı davam edən bir qadın olaraq : 24 saatı lentə alınan evdən iş saatları xaricində heç çıxmadım və dostlarımı da burda qəbul edim. Ki, kənar söz –söhbətlərin mövzusu olmayım. Amma görünür bu da yetərli olmadı. Mən sadəcə səsiylə bir yerlərə gəlmiş və ürəyi ilə yaşayan bir qadınam. Dediyim kimi də hər şeyə rəğmən də işimdən möhkəm yapışmağı və həyatda qalmağa davam edəcəm”.
 
Müğənni həmçinin belə xəbərləri məqsədli yayanlarla hüquq müstəvisində mübarizə aparacığını da açıqlayıb.

Загрузка...
Загрузка...