Ebru Gündeş haqqında QORXUNC İDDİA - FOTO

Həbsxanada olan əri Rza Zərrabdan boşanmaq üzrə olan Ebru Gündeşin dərddən xəstəliyə düçar olduğu iddia edilib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni dünən Kiprdə konsert verib. Həyatında baş verən dəhşətli olaylara baxmayaraq, konsertlərinə davam edən sənətçi Kiprdə lüks hoteldə səhnəyə çıxıb.
Bu günə qədər Kiprdə verilmiş ən izdihamlı konsertlərdən birinə imza atan Gündeş salonu ağzına qədər doldura bilib. Ayaqda qalan musiqi sevərlər üçün hovuzun üstü polad platformalarla örtülərək konsert sahəsi genişləndirilib.
İki saat davam edən konsertində İbrahim Tatlısəsin də repertuarına üstünlük verən Ebrunun arıqladığı və və yorğunluğunu gizlətmək üçün həddən artıq makiyaj etdiyi gözdən qaçmayıb. Bəziləri onun xəstələndiyini iddia edib.
Aytən

Загрузка...
Загрузка...