Ebola virusu qlobal xarakterli xəstəlik kateqoriyasından çıxarılıb

"Ebola virusu qlobal xarakterli xəstəlik kateqoriyasından çıxarılıb". "Turaninfo.az"ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Vəziyyət Komitəsinin Cenevrədə keçirdiyi mətbuat konfransda bildirilib.
Mətbuat konfransında qeyd olunub ki, Qərbi Afrikada 11 mindən çox insanın ölümünə səbəb olan Ebola virusu artıq qlobal yayılma riskini keçib.
"Artıq virusun qarşısını sürətlə almaq üçün imkanlar var. Ona görə də bu virus insanların sağlamlığını təhlükə altına sala biləcək qlobal xarakterli deyil" - bəyanatda deyilir.
Qeyd edək ki, ÜST-ün statistikasına əsasən, bu epidemiya səbəbindən dünyada 11 316 insan həyatını itirib.