DYP-nin idarə rəisi işdən çıxarıldı - Yeni təyinat

 
 
 
Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinə (İLİİ) yeni rəis təyin olunub.
 
“Report”un əldə etdiyi məlumata görə, idarə rəisi Məhəmməd Məmmədov vəzifədən azad edilib. Buna səbəb M.Məmmədovun təqaüd yaşına çatması göstərilib.
 
Onun yerinə polis polkovnik-leytenantı Mahir Məmmədyarov təyin edilib.
 
M.Məmmədyarov bundan əvvəl BDYPİ-də tağım komandiri vəzifəsində çalışıb.