DYP-də Müşfiq Rəhimov tandemi - AKİF ÇOVDAROVUN ADAMININ NÖMRƏ BİZNESİ İFŞA OLUNDU

İmtahan Qeydiyyat şöbəsinin rəis müavini alış məbləğini 100 min manata qaldırıb
Baş Dövlət Yol Polisi İdarəsinin(BDYPİ) tərkibində fəaliyyət göstərən və dövlət nömrə nişanlarından tutmuş sürücülük vəsiqəsi verməyə qədər böyük bir prosesi həyata keçirən İmtahan Qeydiyyat Şöbəsində yeni «bazar» açılıb. Mətbuata verilən məlumata görə, şöbənin rəis müavini Müşfiq Rəhimov artıq yeni qazanc mənbələri əldə edib və onun reallaşdırmağa başlayıb.
Həmin məlumatda vurğulanır ki, indiyə qədər "OO" hərfləri ilə başlayan dövlət nömrə nişanları satışdan çıxarılmışdı. Bəzi bilgilərə görə, "OO" seriyalı nömrələrin satışının həyata keçirilməməsi onun yalnız bir məmura və ya onların qohumlarına aid olması olub.
Mətbuat xəbər verir ki, Müşfiq Rəhimov isə artıq bu seriyalı nömrələri də satışa çıxarıb. Buna səbəb isə həmin seriyalı nömrələri alanların çoxluğu, ən əsası isə ölkədə aranın qarışmasından sui istifadə edilməsidir.
Verilən məlumatlarda iddia olunur ki, şöbənin rəis müavini artıq OO seriyası ilə başlayan nömrələrə qiymət də müəyyən edib. Həmin cədvəli oxuculara təqdim edirik:
– 10 OO 020 (30, 40, 50, 60, 70, 80, 90) dövlət nömrə nişanlarının qiyməti hazırda 20-25 min manat təşkil edir;
– 10 OO 002 (3, 4, 5, 6, 7, 8, 9) dövlət nömrə nişanları 80-100 min manat aralığında qiymət dəyişdirir;
– 10 OO və sonluğu sadə rəqəmlərlə bitən dövləğ nömrə nişanlarının qiymətləri isə xeyli aşağıdır. Məsələn, 10 OO 784, 871 və sairə nömrələr «bazar»da 4500-5000 manat aralığında qiymət dəyişdirir.
– 10 OO 022 (33, 44, 55, 66, 77, 88, 99) dövlət nömrə nişanları üçün müəyyən edilmiş qiymət 4500-5000 manat aralığndadır.
– 10 OO 200 (300, 400, 500, 600, 700, 800, 900) dövlət nömrə nişanlarına gəldikdə isə Müşfiq Rəhimov bunun üçün 50 min manat qiymət müəyyən edib.
Mətbuata verilən məlumata görə, İmtahan Qeydiyyat Şöbəsinin rəis müavini 10 OO 100 mg 10 OO 010 dövlət nömrə nişanlarına qiymət qoymayıb. Daha doğrusu, onu hərraca çıxarıb və kimin alacağını gözləyir. Bu rəqəmin bir neçə yüz min manatı təşkil edəcəyi gözlənilir.
Nəzərinizə çatdıraq ki, BDYPİ-nin İmtahan Qeydiyyat Şöbəsinin «bazar»ındakı «mal»ların qiymətləri təkcə bununla da bitmir. Həmçinin 90 OO dövlət nömrə nişanlarının da satışı müvəqqəti dayandırılıb. Və 10 seriyası ilə başlayan nömrələrin satışı başa çatdıqdan sonra 90-la olan nömrələrin satışına start veriləcək. /liderinfo.az
Akif Çovdarova Müşfiq Rəhimov tərəfindən 200 minlik hədiyyə, otel və …
MTN işi çözüldükcə, bu nazirliyin çətiri altında gizlənən mafiyanın digər dövlət qurumları içərisindəki əlaqələri də ifşa olmaqdadır. Eldar Mahmudovun liderlik etdiyi, Akif Çovdarovun əsas füqur olduğu şəbəkənin Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsinin rəisi müavini Müşfiq Rəhimovun geniş biznesi olmaqla yanaşı, həm də bu şəbəkə ilə ciddi əlaqələri olub.
Məlumatda qeyd olunur ki, şöbə rəisinin müavini ilə generalın birlikdə nömrə biznesi də olub. Əsasən də MTN işçilərinin istəyinə uyğun olan nömrə nişanlarını əldə etmək və baha qiymətə satmaq sahəsində sövdələşmələri mövcud imiş.
Qeyd edilir ki, Rəhimov hazırda həbsdə olan və bir sıra ağır cinayətlərdə ittiham olunan MTN generalına geniş imtiyazlar tanıyıb. Onun xeyli sayda maşınlarına dəyəri hazırda 50-60 min manat olan nömrələr hədiyyə edib. Əvəzində isə nazirlik işçilərinə və ya onlara bağlı adamlara dəyərindən bir qədər artıq nömrələr satıblar.
Düzdür, Müşfiq Rəhimovla MTN zabitini birləşdirən əlaqələrlə bağlı başqa iddialar da var. Hərçənd bu iddiaların doğru olub, olmadığını araşdırmaq qeyri-mümkündür. Məsələn, həmin iddialara görə, Müşfiq Rəhimov MTN-ə gətiriləcəyi nəzərdə tutulan iş adamının avtomobillərinin nömrələri və markaları barədə generala müfəssəl məlumatlar verib.
Onu da qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsində dövlət nömrə nişanlarının şıdırğı alverinin getdiyini bilməyən yoxdur. BDYPİ-də nömrə alverini məhz sözügedən idarənin şöbə rəisinin müavini Müşfiq Rəhimov həyata keçirir. O açdığı bu bazarda cüt nömrələri məmur uşaqlarını və ya imkanlı şəxslərə böyük rüşvət müqabilində edir. Təbii ki, hər nömrənin də öz qiyməti var. Bu rəqəmlər isə 5000 manatdan başlayıb, 50 min manata qədər ola bilir..
Verilən məlumatda vurğulanır ki, həbsdə olan general hətta Rəhimovu mətbuatdan qorumaq missiyasını da üzərinə götürübmüş. Belə ki, şöbə rəisinin müavinin adı məhz bu səbəbdən uzun illər mediada ümumiyyətlə çəkilməyib. Onunla bağlı yazı yazan mətbuat orqanları isə müxtəlif yollarla susdurlub.
Bunun qarşılığında Müşfiq Rəhimovun Akif Çovdarova 250 min dollarlıq brilliant gül bağışladığı da bildirilir. Qeyd olunur ki, nadir hədiyyələri o, İsraildən gətirir. Eyni zamanda sahibi olduğu 1 milyon dollarlıq “Xəzər Palace” restoranında da bəzi bəzək əşyalarının da həmin ölkədən gətirdiyi vurğulanır.
Onu da qeyd edək ki, M.Rəhimov qanuni oğru Rövşən Lənkəranskinin qohumudur. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İmtahan Qeydiyyatı şöbəsinin rəisi Müşfiq Rəhimov etdiyi qanunsuz əməllərə rəğmən, uzunmüddətdir vəzifə başında qalmağı bacarıb. Onun vəzifə başında qalmasını şərtləndirən əsas cəhət özünün iddia etdiyi şəkildə dediyi sözlərdə gizlənib. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Rəhimov bir müddət əvvəl özünə yaxın bildiyi adamların yanında deyib ki, postunda qalmasının əsas səbəbi vaxtlı vaxtında onu himayə edən generallardan birinə hədiyyə verməsidir. Məlumatda deyilir ki, şöbə rəisinin iddiasına görə, o, hər il sözügedən generala dəyəri 180 min manat (məlumat devalivasiyadan öncəyə aid olduğu üçün bu rəqəm 250 min dollar civarındadır-red.) olan brilliant gül bağışlayır. Və bu səbəbdən də postunda qalır. Qeyd edək ki, həmin generalın adı bizə məlumdur və etika xatirinə açıqlamırıq. Məlumata görə, Rəhimov bu nadir hədiyyələri İsraildən gətizdirir və nömrə satışından əldə etdiyi pullarla əldə edir.