“Düşmən bizi məhv etmək üçün kilsədən də, keşişdən də istifadəyə hazırdır...”

 
 
Ermənistanın işğaldakı Azərbaycan torpaqlarında inşa etdiyi kilsələr ölkəmizdə ciddi narahatlıqla qarşılanmaqdadır. Kilsədən tarixən bir çox hallarda terror məqsədi ilə istifadə edən ermənilərin gələcəkdə də bu kilsələrdən hərbi məqsədlərlə istifadə etməsi ehtimalı yüksək qiymətləndirilir.
 
Moderator.az-a açıqlama verən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli ermənilərin tarixən öz məqsədlərinə çatmaq üçün hər cür vasitədən istifadə etdiyinə diqqət çəkdi:
 
“Ermənilər milət olaraq hədəf formalaşdırıb və inancdan da, kilsədən də bu hədəflərə çatmaq üçün istifadə edib. Ermənilər düşmən hesab etdikləri bizləri məhv etmək üçün kilsədən də, keşişdən də, katalikosdan da istifadə edəcək. Hətta başqa millətlərin nümayəndələrindən də bu məsələdə istifadə edəcək. Hansı ki, Qarabağ uğrunda döyüşlərdə ermənilərin Livandan, digər ölkələrdən gələn ermənilərdən yararlandığı ilə bağlı informasiyalar mövcuddur. Ermənistan öz maraqları uğrunda hər cür vasitədən istifadə edib və bu gün də istifadə etməyə hazırdır”.
 
Seymur Əliyev

Загрузка...
Загрузка...