Dünyaya ağcaqanadlardan yeni virus yayılır- TƏHLÜKƏ

 
 
 
 
Alimlər Cənubi Şərqi Asiyada sürətlə artan "super malyariya"  virusunun artıq qlobal təhlükəyə çevrildiyini biliriblər. Onların sözlərinə görə, ənənəvi dərmanlar, "super malyariya" mikrobunu öldürmək və zərərsizləşdirmək gücündə deyil.
 
Moderator.az xəbər verir ki, əvvəlcə Kambocada açkarlanan xəstəlik artıq Tayland, Laos və Vyetnamda da  yayılıb. Oxford Tropik Tibbi Tədqiqatlar Mərkəzinin direktoru  Arjen Dondorpun açıqlamasında görə, dünya artıq yeni virus təhlükəsi ilə üz-üzə qalıb.  Adıçəkilən regionda qədər sürətlə yayılan xəstəliyin tezliklə Afrikaya da  sıçrayacağı ehtimal edilir. 
 
Xəstəlik ağcaqanadların daşıdığı  parazit tərəfindən ötürülür. Artıq bir neçə ildir ki, dünyada təqribən, 212 milyon insan bu xəstəliyə yoluxur. Ölüm riski çox güclü olmasa da yenə də özünün təhlükəlilik dərəcəsini saxlayır.
Lakin azyaşlılara yoluxduqda, artıq bu riskin də güclənəcəyi deyilir.
 
Elmin Nuri

Загрузка...
Загрузка...