Dünyanın qlobal problemləri Astanada müzakirə olunur - FOTOLAR

 Bu günQazaxıstanın paytaxtı Astana şəhərində XIII Avrasiya Media Forumunun rəsmiaçılış mərasimi keçirilib.
 Musavat.com-unəməkdaşının verdiyi xəbəə görə, Astanadakı məşhur “Rixos Prezident Astana”otelində keçirilən tədbirin açılış mərasimində Qazaxıstan baş nazirininmüavini, forumun Təşkilat Komitəsinin sədri Dariqa Nazarbayeva Qazaxıstanprezidenti Nursultan Nazarbayevin tədbir iştirakçılarına təbrik məktubunuoxuyub və forumu açıq elan edib.
 Qeyd edəkki, üç gün davam edəcək forumun aparıcısı məşhur Pakistan əsilli amerikalıjurnalist Riz Xandır. Tədbirin məruzəçiləri sırasında Əfqanıstanın keçmiş prezidentiHəmid Karzay, Böyük Britaniyanın sabiq xarici işlər naziri Cek Strou,Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov, Türkiyə baş nazirinin müşaviriƏli Osman Öztürk, Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müaviniMixail Qusman və bir sıra məşhur siyasət, biznes, media adamları var.
 Forumiştirakçıları dünya iqtisadiyyatının hazırkı durumu, qlobal iqtisadi böhran,neftin qiyməti, Yaxın Şərqdə baş verən hadisələr, Avropa İttifaqının gələcəyi vəs. mövzularda müzakirələr aparacaq, məruzələr dinləyəcəklər.
Tədbirdəkiçıxışı zamanı bəzi dövlətlərlə müharibə etməkdənsə, onlara iqtisadisanksiyaların tətbiq edilməsinin daha doğru olduğu bildirən Cek Strouya cavabolaraq Rusiyanın Federasiya Şurasının Dmitri Mesentsev deyib ki, bu həmin ölkələrdəyaşayan xalqların rifahına mənfi təsir edir. Mezentsev deyib ki, məsələn,Rusiyaya tətbiq edilən sanksiyalar ona gətirib çıxarıb ki, xalq prezdenti vədövlətin ətrafında daha sıx birləşib.
 Qeyd edəkki, Azərbaycanı XIII Avrasiya Media Forumunda JTI şirkətinin dəstəyi iləMusavat.com saytının şef redaktoru Xalid Kazımlı və APA TV-nin Xəbər müdiriCavid İsmayıl təmsil edir.