Dünyanın ən varlı gənc məşhurları - "Forbes"in SİYAHISI

İqtisadiyyat dərgisi “Forbes” dünyanın ən varlı gənc məşhurlarının adını açıqlayıb.
Publika.az xəbər verir ki, məşhurların siyahısı builki qazancları nəzərə alnaraq tərtib edilib.
Siyahıda Teylor Svift, Castin Biber, Adel, Kevin Durant və Stefen Karri kimi şou və idman dünyasının ən məşhur simaları yer alıb.
“Forbes” siyahısına daxil olan məşhurlar son 1 ildə toplamda 1 milyard 240 milyon dollar gəlir əldə edib.
Dərginin tərtib etdiyi siyahını təqdim edirik.
The Veeknd
 
 
Efiopiya əsilli kanadalı R&B müğənni, mahnı yazarı və prodüseri. The Weeknd son 1 ildə 92 milyon dollar qazanıb.
Castin Biber
 
 
Son bir ildə 105 konsert verən 23 yaşlı pop müğənni bu müddət ərzində 83.5 milyon dollar gəlir əldə edib. Bu qazancın bir qismini isə “Calvin Klein” şirkəti ilə reklam müqaviləsi imzaladıqdan sonra əldə edib.
Adel
 
 
29 yaşlı ingilis müğənni Adel son 1 ildə 69 milyon dollar qazanıb. Onun qazancının əsas hissəsini “25” adlı albomundan gələn gəlir təşkil edir.
Kevin Durant
 
 
ABŞ milli basketbol komandasının formasını geyinən professional idmançı 29 yaşında 60.6 milyon dollar qazanc əldə edib.
Teylor Svift
 
 
Amerikalı müğənni və mahnı yazarı 2016-cı ildə həyata keçirdiyi dünya turnirində sərvət qazanıb. 27 yaşlı müğənni son bir ildə 44 milyon dollar gəlir əldə edib.
Klay Cenner
 
 
Məşhur model qazancının böyük qismini əsasını qoyduğu geyim və kosmetika şəbəkəərindən əldə edir. 20 yaşlı ulduz son bir ildə 41 milyon dollar qazanıb.
Zümrüd

Загрузка...
Загрузка...