Dünyanın ən nüfuzlu qadını…

ABŞ-ın nüfuzlu “Forbes” jurnalı dünyanın yüz ən nüfuzlu qadının reytinqini açıqlayıb.
Modern.az saytı xəbər verir ki, siyahıya Almaniya kansleri Angela Merkel başçılıq edir.   İkinci yeri ABŞ-ın keçmiş dövlət katibi və hazırda prezidentliyə namizəd Hillari Klinton tutur. Üçüncü yerdə ABŞ Federal Ehtiyatlıar Sisteminin başçısı Canet Yellendir.   Merkel  bu il həmçinin dünyanın ən nüfuzlu qadını adına layiq görülüb. MDB ölkələri arasında ilk 100 qadın arasına daxil ola bilən yeganə qadın 56-cı yeri tutan Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinadır.
Bundan başqa, on ən qüdrətli qadın sıyahısında Bill Qeytsin arvadı sahibkar Melinda Qeyts, “General Motors”-un baş direktoru Meri Barra, Beynəlxalq Valyuta Fondunun başçısı Kristin Laqard, Braziliya prezidenti Dilma Rusef, Facebook direktorlarının şura üzvü Şeril Sandberq, “YouTube”nun baş direktoru Syuzen Vodjiski və Amerika prezidentinin arvadı Mişel Obama yer alıb.