Dünyanın ən nəhəng səyahət gəmisi yola çıxdı

Günyanın ən iri sərnişin gəmisi “Harmony of the Seas” Fransanın Sen-Nazer limanından ilk səyahətinə çıxıb. Turaninfo.az xəbər verir ki, məlumatı “Frans Press” yayıb.
Gəmi əvvəlcə Böyük Britaniyanın cənub sahilindəki Sauthempton limanına gedəcək və ilk sərnişinləri götürəcək. Bundan sonra Harmony of the Seas cənuba istiqamət alacaq, Pireney yarımadasını keçəcək və Aralıq dənizində səyahətə yollanacaq. Səyahətin son nöqtəsi Barselona (İspaniya) olacaq.
Gəminin uzunluğu 362 metr, eni 66 metr, hündürlüyü 72 metrdir. Gəminin göyərtəsinə 6360 sərnişin və 2000-dən çox heyət üzvü yerləşir.