Dünyanın ən məşhur - “Əfqan qızı” həbs olundu

 
1985- ci ildə, 12 yaşında “National Geographic” jurnalının üz qapağı olduqdan sonra, dünyada xeyli məşhurlaşan “Əfqan qızı” Şərbət Gula, Pakistanda saxta pasportdan istifadə etdiyi üçün həbs olunub.
 
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, fotoqraf Steve McCurrynun Pakistandakı qaçqın düşərgəsində şəkilini çəkdiyi və bütün dünyanın “Əfqan qızı” olaraq tanıdığı Şərbət Gula, saxta paspotr gəzdirdiyi üçün Pakistanda həbs olunub.
 
Peşəvər şəhərində evində həbs olunan Qulanın 7 ildən 14 ilə qədər həbs cəzası ala biləcəyi bildirilib. Bundan başqa Qulanın 3000 ilə 5000 dollar arasında pul cəzası alacağı da söylənilir.
 
Pakistan Federal Araşdırma Mərkəzi, Qulaya saxta vəsiqə verən üç pakistanlının hələ də axtarışda olduğunu açıqlayıb.