Dünyanın ən güclü klublarının REYTİNQ SİYAHISI - "Qarabağ" irəlilədi

Dünyanın ən güclü klublarının reytinq siyahısı açıqlanıb.
Publika.az xəbər verir ki, Clubworldranking.com saytının tərtib etdiyi cədvəldə Azərbaycanın 4 komandası yer alıb.
Klublarımız arasında ən yaxşı nəticə "Qarabağ"dadır. Ağdam təmsilçisi 1169 xalla 541-ci yerdə qərarlaşıb. "Qarabağ" son siyahı ilə müqayisədə 1 pillə irəliləyib.
368 xala malik "Keşlə" 781-ci yerdə qərarlaşıb. "Qəbələ" 255 xalla 822-ci pillədədir. "Zirə"nin isə 217 xalı var. Paytaxt təmsilçisi planetin 844-cüsüdür. Bu klublardan "Keşlə" 2 pillə gerilədiyi halda, digərləri mövqelərini qoruyublar.
Ən güclü klubların siyahısına Madridin “Real” klubu başçılıq edir. İlk üçlüyü İspaniya nəhəngləri “Barselona” və “Atletiko” tamamlayır. Onluqda isə “Qremio”, “Yuventus”, “Mançester Yunayted”, “Bavariya”, “River Pleyt”, “Flamenqo” və “Mançester Siti” qərarlaşıb.
Türkiyə Superliqasının son iki mövsüm çempionu “Beşiktaş” 63-cü, “Başakşəhər” 101-ci, “Fənərbaxça” 165-ci, , “Qalatasaray” isə 222-ci yerdə qərarlaşıb.
Zümrüd

Загрузка...
Загрузка...