​Dünyanın ən böyük dərman şirkəti zavodunu bağlayır

 
 
Dünyanın ən böyük dərman istehsalçılarından olan İsveçrəli Novartis şirkəti, Amerika Birləşmiş Ştatlarının Colorado ştatında yerləşən bir dərman zavodunu bağlayacağını və iki il içərisində bu ölkədə 450 nəfəri işdən çıxaracağını açıqlayıb. Şirkət həmçinin bəzi dərman vasitələrinin hasilatını da dayandıracağını bildirib.
 
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən şirkət rəsmiləri, ABŞ-dakı rəqabət mühitinə görə böyümə qabiliyyəti məhdud olan məhsulların istehsalını dayandıracaqlarını və ya bu məhsulları əldən çıxaracaqlarını bildiriblər. İstehsalı dayandırılan məhsullar içərisində kardioloji, mərkəzi sinir sistemi, endokrinoloji, tənəffüs və ağrı müalicələrində istifadə edilən dərmanlar olduğu açıqlanıb.
 
Kamran

Загрузка...
Загрузка...