Dünyanın ən ağır qapısı - Foto

 
Laurens Livermor Milli laboratoriyasının əməkdaşı dünyanın ən ağır qapısını hərəkət etdirir.
 
Turaninfo.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu qapının qalınlığı 2,5 m, eni 3,5 m, çəkisi isə 44 tondur. Qapı dünyada ən güclü və fasiləsiz hərəkətdə olan neytronların köməyi ilə açılır. Qapının içərisində quraşdırılan xüsusi sistem onu bir nəfərin hərəkət etdirməsinə imkan verir.