​Dünyanın ən ACGÖZ KRALI: 50 otaqdan ibarət MƏTBƏX və daha nələr... - FOTO

İngiltərə kralı VIII Henrix tarixdə zülmkar, 6 dəfə evli olan tiran hökmdar, eyni zamanda sönməyən iştaha malik, acgöz şəxsiyyət kimi yadda qaldı.
Onun vaxtının çox hissəsi qida qəbuluna gedirdi. Nahar masasında həmişə 20-dən az olmayan yemək dururdu və kralın mətbəxi 10-larla otaqdan ibarət idi.
Publika.az bu dəfə Kralın məhz bu yönünü - hər oturumda inanılmaz dərəcədə çox yemək yeməsi barədə oxucuları məlumatlandırır.
 
 
 
 
Kral uzun müddət yatmağı sevmirdi və səhər saat 6-da artıq kral üçün 6 piroq gətirilirdi ki, hökmdar onları bir dəfəyə udurdu. Sonra masaya çörəklə ət və pivə gəlirdi.
Yeri gəlmişkən, ət VIII Henrixin rasionunda əsas qida idi. Tərəvəz və meyvələr kral masasında nadir hallarda görünürdü, çünki onları zərərli məhsullar kimi qiymətləndirirdilər. 1569-cu ildə isə onları taun və vəbanın yayılmasının mənbəyi hesab edərək tamailə qadağan etdilər.
Kral naharı cədvələ uyğun deyil, mədəsinin çağırışı ilə təyin edirdi. Bu səbəbdən aşpazlar gecə-gündüz işləyirdilər. Mətbəx 50-dən çox otaqdan ibarət idi və işçi ştatı 200 insan təşkil edirdi. Yeməklər yalnız kral üçün deyil, həm də onun çoxsaylı qonaqlıq məclisləri üçün hazırlanırdı, buna görə ət kürələri və şişlər böyük ölçüdə olurdu. Aşpazların atəşin yanında zəhərlənməmələri üçün, şişləri itlər fırladırdı. Onları qəfəsə yerləşdirirdilər. Heyvanlar baraban rolunu oynayaraq qəfəsdə dairə üzrə hərəkət edirdilər.
 
 
 
 
Yeməklər gümüş qab-qacaqda verilirdi. Masalarda əşyalardan yalnız bıçaqlar və qaşıqlar olurdu. VIII Henrix çəngəli qadağan etmişdi, çünki çəngəl italyan ixtirası sayılırdı və o vaxtlar İngiltərə İtaliya və Vatikanla yumşaq desək, yaxşı münasibətlərdə deyildi.
Ətdən başqa şəkər də VIII Henrixin sevimli qidası sayılırdı. Kral konfetlər, mastikadan fiqurlar, pirojnaları çox xoşlayırdı. Şirniyyata o qədər aludə idi ki, bütün ət yeməklərinə də şəkər səpməyi əmr edirdi.
 
 
Şirniyyat ehtirası kralın sağlamlığına mənfi təsir etməyə bilməzdi. Bundan başqa VIII Henrix həyatının sonunda piylənmədən əzab çəkirdi. Onun belinin diametri 137 santimetrə çatırdı və o, xüsusi qurğuların köməyi ilə hərəkət edirdi. Hökmdarda həm də şəkərli diabet kəskin xarakter almışdı.
Kralı müalicə edən həkimin yekun rəyi London mərkəzi kitabxanasında saxlanılır: "Ürək döyüntüsü güclənmiş, kələ-kötürdür. Böyrəklər imtina edib və Əlahəzrət mayeni boşalda bilmir". Ancaq son günlərə qədər VIII Henrix öz nəzər-nöqtəsindən əl çəkmədi – onun üçün xoşbəxtlik ət və şəkər idi.
Zaur H.

Загрузка...
Загрузка...