"Dünyanın heç bir yerində heç kim onu öldürmək istəyən əsgərin ölümünə görə təəssüflənmir"

Hazırda Polşanın Krakov şəhərində təhsilinin davam etdirən əməkdaşımız Araz Bayramov erməni-azərbaycanlı qovğasının şiddətlənməsi ilə əlaqədar sosial şəbəkədə başlanmış müzakirələrə oşularaq öz mövqeyini bildirib. Musavat.com Araz Bayramovun statusunu təqdim edir:
"Mən gözümü açandan erməni qorxusu ilə böyümüşəm. Valideynlərimin min əziyyətlə aldıqları ev biz çıxandan bir neçə gün sonra yandırılıb. Müharibədən sonrakı həyatımıza nümunə vermək üçün deyim ki, mənim bir dənə də olsun uşaqlıq şəklim yoxdur.
Müharibə dəhşətdir, əlbəttə dəhşətdir, bunu ən yaxşı biz bilirik. Amma bu işlər təkcə "müharibə dəhşətdir" deməklə bitmir. Çünki qarşı tərəfdə tarixi ilə yaşayan, başdan ayağa kompleksli, faşist bir millət dayanıb. Ermənilərin bizə vurduqları zərbələr təkcə torpaq məsələsi, ölüm-itim deyil. Onlar bizi də özlərinə oxşadıblar. Tarixlə yarışma, mənasız daha qədim görünmə cəhdləri, baş kəsmə, qulaq kəsmə və s. bunların hamısı azərbaycanlılara ermənilərdən keçib. Azərbaycanın ən böyük probleminin, indiki hakimiyyətin də səbəbkarı ermənilərdir, erməni əsgəridir.
Dünyanın heç bir yerində heç kim onu öldürmək istəyən əsgərin ölümünə görə təəssüflənmir. Bunu yalnız azərbaycanlılar eləyir.
Adama deyərlər siz azərbaycanlısınız, atəş altında qalan tərəfsiniz, niyə özünüzü İraqa qoşun yeritmiş ABŞ vətəndaşı kimi aparırsınız? Başınız xarabdı? O əsgər ordu bir yana dursun, mülki camaata atəş açır. Onun həyatı həyatdır, bəs ordakı camaatın həyatı nədir?
Qarşı tərəfdə hətta "Hitlerjugend" kimi bir qoşun olsa yenə də orda ölənlərə təəssüflənməyin adı yoxdur".