​Dünyanın gözlədiyi müqavilə imzalandı

 
ABŞ-ın İsrailə 10 il ərzində 38 milyard dollarlıq hərbi yardımı nəzərdə tutan müqavilə iki ölkənin rəsmiləri tərəfindən imzalanıb.
 
Axar.az xəbər verir ki, aylardır müzakirəsi davam edən mühüm müqavilə ABŞ Dövlət Departamentində təşkil olunan mərasimdə rəsmiləşib.
 
ABŞ tərəfindən dövlət katibinin müşaviri Tomas Şannon, İsrail tərəfindən isə Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Yakob Nagel müqaviləyə imza atıb.
 
ABŞ Prezidenti anlaşma imzalandıqdan sonra verdiyi açıqlamada ölkəsinin 2019-2028-ci illərdə İsrailə 33 milyard hərbi yardım və 5 milyard dollarlıq raketdən müdafiə sistemi verəcəyini bildirib.
 
Xatırladaq ki, bənzər müqavilə 2007-ci ildə də imzalanıb. Həmin dövrdə ABŞ İsrailə 23,6 milyard dollarlıq hərbi yardım və 3,4 milyard dollarlıq raketdən müdafiə sistemi vermişdi.