​Dünyanın diqqəti Berlində — Liderlərin görüşü başladı

 
Almaniyanın paytaxtı Berlində “Normand dördlüyü”nün görüşü artıq başlayıb.
 
Rusiya, Almaniya, Fransa və Ukrayna liderləri - Vladimir Putin, Anqela Merkel, Fransua Olland və Petro Poroşenkonun görüşü federal nazirlikdə keçirilir.
 
Qeyd olunur ki, sammitə ilk olaraq P. Poroşenko, bir neçə dəqiqə sonra F. Olland, sonuncu isə V. Putin gəlib.