Dünyanı heyrətə gətirən rus helikopteri – Video

Rusiya dünyanın ən sürətli döyüş helikopterini hazırlayır.
 Axar.az xəbər verir ki, bu barədə “Rusiya Helikopterləri” şirkətinin direktor müavini Andrey Şibitov məlumat verib.
 Onun sözlərinə görə, 400-450 km/saat sürətlə uçan döyüş helikopterinin iyunda ilk sınağı keçiriləcək.
 “Hazırda ən yaxşı helikopter 300 km/saat sürətlə uçur. Biz bunu 50% artırmaq niyyətindəyik. Hədəfimiz helikopter sürətini 500 km/saata çatdırmaqdır”, - şirkət nümayəndəsi qeyd edib.
 Yeni helikopterlərin istehsalına 2022-ci ildən başlanacağı gözlənilir.