Dünyada ən yüksək maaş alan futbolçu Argentina yığmasının hücumçusu Ezekyel Lavessidir.

 
Bu barədə "Goal" internet nəşri məlumat verib.
 
E.Lavessinin Çinin "Hebei China Fortune" klubundakı məvacibi həftədə 578 min avro təşkil edir. Beləliklə, 31 yaşlı futbolçu həmyerlisi Lionel Messi (316 min avro) və portuqaliyalı Kriştianu Ronaldodan (428 min avro) daha çox pul qazanır. 
 
Qeyd edək ki, Ezekyel Lavessi  2016-cı ilin  fevralında "Hebei China Fortune" klubuna keçib.(APA)

Загрузка...
Загрузка...